SOCAR-a işə qəbul ilə əlaqədar dələduzluğa qarşı xəbərdarlıq!
  • Vakansiya siyahısı
  • Namizədə kömək
    • Müsahibə haqqında
    • Test imtahanı haqqında
    • Peşə sınaq imtahanı haqqında
    • Tez-tez soruşulan suallar

Diqqət!!!

SOCAR-a daxil olmuş bir sıra müraciətlərdən və xarici ölkə nümayəndələrinin ünvanladığı məktublardan məlum olur ki, ayrı-ayrı dələduz şəxslər, şirkətlər və ya onların nümayəndələri tərəfindən SOCAR adından Azərbaycan Respublikası və xarici ölkələrin vətəndaşlarına qanunazidd olaraq saxta iş təklifləri təqdim edilir. Odur ki, hərkəsi  bu hallara qarşı diqqətli olmağa çağırırıq!


SOCAR-a işə qəbul ilə əlaqədar qeyd olunan qanun pozuntusu nədir və hansı formada baş verməsi ehtimal edilir?

 

Bu kimi qanun pozuntusu reallığa uyğun olmayan uydurma iş imkanlarının təklif edilməsi və işə qəbul etmək haqqında vədlər verilməklə həssas fərdi məlumatların və müəyyən miqdarda ödənişin tələb olunması ilə müşayiət olunan cinayət xarakterli əməldir. Bu əməli törədənlər Azərbaycan Respublikasının, habelə digər dövlətlərin cinayət (cəza) qanunvericiliyinə əsasən cinayət  məsuliyyətinə cəlb edilə bilərlər:


Yuxarıda qeyd edilən pozuntular  telefon, o cümlədən şirkətin ümumi və idarələrinin əlaqə nömrələrinin (SOCAR-ın saytında yerləşdirilmiş) xüsusi vasitələrlə (“caller ID spoofing” adlanan üsul ilə) zəngləri qəbul edən şəxslərin telefon cihazlarının displeyində (ekranında) olduğu kimi əks etdirilməklə (lakin əslində SOCAR-a məxsus telefon cihazlarının istifadə edilmədiyi halda), SOCAR-a heç bir aidiyyəti olmayan e-poçt, saxta veb-səhifələr kimi onlayn xidmətlər vasitəsilə, o cümlədən həmin e-poçt ünvanının və veb-səhifələrin adında “SOCAR” brend adının, habelə həmin elektron üsullarla göndərilən müxtəlif “işə dəvət” məktub formalarında SOCAR-a aid olan logonun, rəsmi ünvanın, əlaqə məlumatlarının, vəzifəli şəxslərinin adlarının əks olunması ilə həyata keçirilir və işə qəbul edilmək vədi verilməklə ayrı-ayrı şəxslərdən onlara aid həssas fərdi məlumatların, bank hesab rekvizitlərinin və ya müəyyən pul vəsaitinin təqdim edilməsi tələb olunur.

Bu qanun pozuntuları  ilə qarşılaşmamaq üçün aşağıdakıları bilməyiniz tövsiyə olunur:

  • SOCAR-da İşə qəbul prosesində namizədlərdən hər hansı bir mərhələdən keçmək üçün ödəniş və ya bank hesab rekvizitləri tələb edilmir.
  • SOCAR-da mövcud olan vakansiyalar ancaq şirkətin (http://careers.socar.az)və onun struktur bölmələrinin veb-səhifələrində, həmçinin “İki Sahil” qəzetində elan edilir.
  • SOCAR-da namizədlərə işə qəbul müsabiqəsində iştirak etmədən: test imtahanı və fərdi müsahibə və ya peşə sınaq imtahanında keçmədən iş təklif olunmur.
  • Test və müsahibə və ya peşə sınaq imtahanları yalnız SOCAR-ın İnsan Resursları Departamentinin inzibati binasında (Bakı şəhəri, Ş.Mirzəyev küçəsi 26 ünvanında) və ya İnsan Resursları Departamenti tərəfindən müəyyənləşdirilmiş SOCAR-ın başqa istehsalat sahələrində (ünvanları imtahandan 2-3 gün əvvəl SOCAR-ın İnsan Resursları Departamenti vasitəsilə namizədlərin telefon nömrələrinə və e-poçt-larına bildiriş şəklində göndərilir) keçirilir.
  • Əcnəbilərin Azərbaycan Respublikasında əmək fəaliyyəti Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydalara uyğun tənzimlənir. Həmin Məcəlləyə əsasən iş yerinin tələblərinə cavab verən Azərbaycan Respublikası vətəndaşının iddia etmədiyi və məşğulluq xidməti orqanları tərəfindən işçi qüvvəsinə olan ehtiyaclar yerli əmək ehtiyatları hesabına təmin edilmədiyi hallarda əcnəbilərin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları mümkündür.
  • Əgər işə qəbul ilə bağlı şübhəli zəng (xüsusi ilə də mobil nömrələrdən) və ya yahoo.com, gmail.com tipli ödənişsiz, eləcə də “socar.az” və SOCAR-ın digər qurumlarının rəsmi veb-səhifələrinin ünvanları şəklində sonluq ilə bitməyən, lakin adında “SOCAR” brend adını daşıyan uydurma hesablardan e-poçt vasitəsilə məlumat almısınızsa və ya sizdən həssas fərdi məlumatın təqdim edilməsi və ya hər hansı ödənişin edilməsi tələb olunursa və bu cür zənglərin və ya e-poçt məktublarının qeyri-qanuni olmasından şübhələriniz varsa, güman edə bilərsiniz ki, bu şəxslər və ya şirkətlər saxta iş təklifi və ya xidmət təqdim edirlər. Belə hallarda təklifi rəsmi yollarla (SOCAR-ın vebsaytında yerləşdirilmiş rəsmi telefon nömrələrinə və elektron poçt ünvanlarına zəng etməklə və email göndərməklə, “SOCAR” brend adını daşıyan, lakin SOCAR-a məxsus olmasına şübhə edilən e-poçt ünvanının sonluğunda əks olunan veb-səhifəni ziyarət etməklə və onun mövcud olub-olmamasını, mövcud olduğu halda isə həmin səhifədə əks olunan məlumatların düzgün və dəqiq olub-olmamasını yoxlamaqla və s.) dəqiqləşdirməyiniz tövsiyə olunur.
  • Müəyyən fırıldaqçı şəxslər namizədlərin əvəzinə SOCAR-ın korporativ veb-səhifəsinin “Karyera” bölməsində Profil yaradaraq, vakansiyalara elektron qaydada müraciət edir və Profilin müvafiq xanalarında vətəndaşın deyil, öz əlaqə nömrələrini qeyd edir ki, bütün mərhələlər haqqında məlumat onların e-poçt ünvanı və ya mobil nömrələrinə göndərilsin və bu məlumatlar müqabilində namizədlərdən müəyyən ödəniş tələb etsinlər ki, bu da yolverilməz cinayət əməlidir. Profili özünüz yarada və ya yeniləyə bilmədikdə, bu işi ən etibarlı şəxlərə həvalə edərək, öz mobil nömrənizin və elektron poçt ünvanınızın qeyd olunmasından əmin olun.
  • Şəffaflıq və obyektivlikdən əmin olmaq üçün Baş ofisin İnsan Resursları Departamentinin nümayəndəsinin imtahanda özünü təqdim etməsini tələb edin. Sizə SOCAR adından iş təklifi ilə müraciət edən tərəflərin ünvanı, tutduğu vəzifə və telefon nömrələrini yoxlamağınızı tövsiyə edirik. Bütün əlaqələr SOCAR-ın İşə qəbul və yerləşdirmə şöbəsinin rəsmi e-poçt ünvanı olan hr@socar.azvə ya (012) 521-15-82 şirkət nömrəsi vasitəsilə həyata keçirilir.
  • Bundan başqa, SOCAR-ın tərkibinə daxil olan, eləcə də SOCAR-ın tam mülkiyyətində və nəzarətində olmayan, lakin adında “SOCAR” brend adını daşıyan müxtəlif qurumlar fəaliyyət göstərdiyi ölkələrin qanunvericiliyinə, onların pay/səhm sahiblərinin və ya onların təsis edilməsində SOCAR ilə birlikdə iştirak etmiş digər şəxslərin/müəssisələrinin mənafelərinə və tələblərinə uyğun ayrıca və müstəqil İnsan Resursları siyasətlərinə sahibdirlər. Odur ki, həmin qurumların işə qəbul ilə bağlı dəvətlərin qurumların korporativ elektron poçt ünvanlarından (yəni e-poçtun sonluğu həmin qurumlara məxsus və onların həqiqi fəaliyyətini əks etdirən veb-səhifələrin adını daşıyan) daxil olmasını lütfən həmişə yoxlayın. Həmçinin ola bilsin ki, belə qurumun həqiqi elektron poçt ünvanından işə qəbul ilə bağlı həqiqi məlumatlar daxil olsun, lakin eyni zamanda e-poçt ünvanının sonluğunda olan veb-səhifə açılmasın. Bu halda e-poçtun və alınmış məlumatların saxta olub-olmamasının digər üsullarla (qurumun inzibati binasının ziyarət olunması və qəbula yazılması, rəsmi sorğunun göndərilməsi və s.) yoxlanılması tövsiyə olunur.

Attention!!!

 

Appeals to SOCAR from citizens of the Republic of Azerbaijan and foreign country representatives indicate that various fraudster individuals or fraud companies offer forged jobs to citizens of the Republic of Azerbaijan as well as foreign citizens on behalf of SOCAR. Therefore, we urge people to be careful with this type of fraudulent acts!

 

What is hiring fraud in SOCAR and how is it likely to occur?

Fraud is a criminal offense accompanied by the solicitation of payments in a certain amount and of sensitive personal data for job offers and employment promises, that are fake and those who commit these acts can be prosecuted under the criminal (penal) legislation of the Republic of Azerbaijan and other countries:

The above mentioned fradulent acts are carried out through phone, including but not limited to via special tools (called “caller ID spoofing” technique) by indicating company’s genuine common and departments’ contact numbers (allocated on SOCAR’s website) on displays of telephone sets of call recipients (but without use in real of telephone sets belonging to SOCAR), online services such as e-mails without any regard to SOCAR, fake web pages, including but not limited to by indicating “SOCAR” brand name in the title of that email addresses and webpages as well as by indicating SOCAR’s logo, official address, contact information, names of authorities in various “job invitation” letter forms sent by such electronic ways, requesting individuals to provide sensitive personal data, bank account details or certain funds with the promise of employment.

You are recommended to know the following to avoid fraud:

  • Applicants are not requested any payments or bank account details in order to go through any stage of the hiring process in SOCAR.
  • Available vacancies at SOCAR are advertised only on company’s and its structural units’ webpages (http://careers.socar.az), as well as on “Iki Sahil” newspaper.
  • Candidates don’t get a job offer from SOCAR, unless they take part in hiring contest and pass test, interview or practical exam stages.
  • Test, interview or practical exams are held only at SOCAR’s Human Resources administrative building (at Shirin Mirzayev street 26, Baku city) or in other production areas of SOCAR identified by the Human Resources Department (candidates are notified about exam locations via message and email, 2-3 days prior to exam date by the Human Resources Department).
  • The labor activity of foreigners in the Republic of Azerbaijan is regulated in accordance with the rules established by the Migration Code of the Republic of Azerbaijan. According to Migration Code, foreigners can be engaged in paid labor activity on the territory of the Republic of Azerbaijan only in such case when a respective vacancy is not claimed by a citizen of the Republic of Azerbaijan or in cases when local employment authorities could not met the need for manpower by local labor resources.
  • If you have received a suspicious call (especially from mobile numbers) or e-mail from free accounts such as yahoo.com, gmail.com, as well as but not limited to fake accounts not having ending in the form of “socar.az” or other official webpages of SOCAR’s other entities but possessing “SOCAR” brand name in their title, and you have been requested to provide sensitive personal data and/or to make any payments, and you have reasonable suspicions regarding illicitness of such calls and/or emails, you may assume that these individuals or companies provide fake job offers or services. In these cases, it is highly recommended to clarify the proposal via official contacts (by calling and sending messages to official phone numbers and email addresses allocated on SOCAR’s website, visiting of a webpage which is indicated at the ending of an email address possessing “SOCAR” brand name but suspected in not belonging to SOCAR, by verifying its existence and in case of its existence by checking whether the information allocated on that webpage is true and accurate, etc.).
  • Certain scammers create a user profile in the “Career” section of SOCAR’s corporate webpage on behalf of candidates and apply for vacancies, indicating their own contact details instead of candidates’ ones. They then proceed to apply for vacancies and request a certain fee in return for information about the contest stages that are sent to their contact numbers and e-mail addresses. This is an unacceptable criminal act.If you can’t create or update your profile by yourself entrust this to the most reliable people, making sure they indicate your own mobile number and email address.
  • To ensure transparency and objectivity, ask the Head office representative to introduce himself/herself at the exam. We recommend you to check the address, position and contact numbers of the parties that issue you job offers on behalf of SOCAR. All contacts are made through the official email address hr@socar.az or company number (012) 521-15-82 of SOCAR Recruitment and Onbording Division.
  • Besides, various entities of SOCAR as well as those beyond of SOCAR’s full ownership and control, but possessing “SOCAR”s brand name as a part of their title have separate and independent HR policies subject to the legislation of the country in which they operate interests and requirements of shareholders or other persons/entities participated in their establishment in conjunction with SOCAR. Therefore, please always make sure that the recruitment invitations of those entities are received from their own corporate email addresses (i.e. those possessing endings in the form of webpages belonging to that entities and indicating their real activity). It is also possible to receive genuine information with regard to recruitment from a real email address of such entity but at the same time not to succeed in opening the webpage indicated at the end of the email. In this case it is recommended to verify the presence of fraud in the email and information received by other ways (visiting the administrative building of the entity and making an appointment, sending an official inquiry, etc.).